Bakı. Trend:
İsveç hökuməti ağır cinayətlərə qarşı ictimai münasibətisərtləşdirmək məqsədilə şərti azadlığa buraxılma şərtlərinidəyişdirməyə hazırlaşır.
Trend xəbər verirki, yeni təşəbbüsə əsasən, məhkumların vaxtından əvvəl azadlığaçıxmaq üçün cəzanın azı dörddə üçünü çəkmələri tələb olunacaq. Bu,hazırkı üçdə iki qaydasından daha sərt yanaşma deməkdir.
Ədliyyə naziri Gunnar Strömmer bu təklifin əsas məqsədinincəmiyyətin təhlükəsizliyini təmin etmək olduğunu bildirib:“Təşəbbüs cəmiyyətin ağır cinayətlərə münasibətini sərtləşdirməkməqsədi daşıyır”.
Yeni qaydaların ilk mərhələsi yalnız altı il və daha artıqmüddətə azadlıqdan məhrum edilmiş şəxslərə şamil olunacaq. Eynizamanda, zorakı cinayətlərə görə ən azı dörd il və ya mütəşəkkilcinayətə görə iki il cəza alan, eyni zamanda təkrar cinayət törətməriski yüksək olan şəxslərin şərti azadlığa buraxılması imkanınıntəxirə salınması təklif olunur.
Hökumət əlavə olaraq 2026-cı il martın 1-dən etibarən ardıcıl vətəhlükəli cinayətkarlar üçün müddətsiz təhlükəsizlik tədbirlərinintətbiqini planlaşdırır. Bu tədbirlərin hər il təxminən 45 nəfərəşamil olunacağı gözlənilir.
Bununla belə, əvvəlki hökumət komissiyası bu cür islahatlarınreabilitasiya prosesinə mənfi təsir göstərə biləcəyini və təxminən7 milyard İsveç kronu (təxminən 650 milyon dollar) əlavə xərclərəsəbəb olacağını qeyd edərək, ehtiyatlı yanaşmağı tövsiyəetmişdi.