BAKI, 8 may. TELEQRAF
PSJ UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində üç ingilis klubunu məğlub edib.
Teleqraf xəbər verir ki, Paris klubu 1/8 finalda “Liverpul”u, 1/4 finalda “Aston Villa”nı, yarımfinalda isə “Arsenal”ı mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, PSJ ÇL-in finalında İtaliya təmsilçisi “İnter”lə qarşılşacaq. Həmin matç mayın 31-də Münhendə (Almaniya) baş tutacaq.