UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə keçirilən “Məktəblərdə Futbol Dərsi” layihəsinin minifutbol turnirinin püşkatma mərasimi keçirilib.
Sportinfo.az xəbər verir ki, əvvəlcə AFFA-nın inzibati binasında layihədə çalışan məşqçi-müəllimlərlə görüş keçirilib.
Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, aparıcı mütəxəssis Orxan Mikayıllı və mütəxəssis Ziya Səfərov tərəfindən iştirakçılara turnirin 2024-2025-ci illər mövsümü üzrə təyin olunan formatı, yeni qaydaların tətbiqi və digər məsələlərlə bağlı məlumatlar verilib.
Yekunda elektron püşkatma yolu ilə qarşılaşmalar müəyyənləşib.
36 komandanın iştirak etdiyi turnirə mayın 21-də start veriləcək.