AFFA İntizam Komitəsi U-13 Liqasında çıxış edən "Young Pro"ya texniki məğlubiyyət verib.
Sportinfo.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Komanda "Binə" ilə matçda təyin olunan vaxt meydanda olmadığı üçün 0:3 hesablı texniki məğlubiyyət alıb.