AZ

Çempionlar Liqasının sonuncu finalçısı müəyyənləşdi

UEFA Çempionlar Liqasının ikinci finalçısı da məlum olub.

Yenisabah.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində PSJ evdə "Arsenal"ı qəbul edib.

"Park de Prens" stadionunda keçirilən qarşılaşma Fransa təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Bu qələbə PSJ-nin finala çıxması üçün kifayət edib. Belə ki, tərəflər arasında ilk matç fransalıların 0:1 hesablı üstünlüyü ilə başa çatmışdı.

PSJ finalda "İnter"lə qarşılaşacaq. Final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində, "Allaianz Arena" stadionunda keçiriləcək.


Telegram kanalımız
Seçilən
0
yenisabah.az

1Mənbələr