Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Braziliyada “Osasko”dan ayrılıb.
Sportinfo.az xəbər verir ki, 35 yaşlı hücumçu karyerasını Yunanıstanda davam etdirəcək.
O, “Panionis” ilə anlaşıb. Legionerimiz 2025/2026 mövsümündə Afina təmsilçisinin uğurları üçün çalışacaq.
Bu, Polinanın karyerasında 9-cu ölkə olacaq. Təmsilçimiz bunadək Azərbaycan və Braziliyadan başqa, Cənubi Koreya, Yaponiya, Türkiyə, İtaliya, İndoneziya və Vyetnam klublarında forma geyinib.
Rəhimova “Osasko” ilə bu mövsümü çempion kimi başa vurub.