ABŞ polisi "The Dreamers", "The Village" və "I Origins" filmlərində rol alan amerikalı aktyor Maykl Pitt keçmiş sevgilisinə qarşı cinsi təcavüz və zorakılıq ittihamı ilə həbs edib.
Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə TMZ portalı məlumat verib.
Müstəntiqlərin məlumatına görə, 2020-ci ilin aprelindən 2021-ci ilin avqustuna qədər dörd məişət zorakılığı hadisəsi baş verib. Aktyor, həmçinin bir dəfə qızı taxta ilə vurmaqda, digərində isə ona kərpiclə hücum etməkdə ittiham olunur. Qeyd edilib ki, insidentlər aktyorun Nyu-Yorkun Buşvik bölgəsindəki evində baş verib.
Pitt mayın 2-də saxlanılıb. O, ittiham olunduğu cinayətlərdə özünü təqsirli bilməyib. Aktyor 100 min dollar girov müqabilində sərbəst buraxılıb. Nəşr onun polis nəzarətində nə qədər vaxt keçirdiyini dəqiqləşdirməyib.
Pittin vəkili Ceyson Qoldman bu iddiaları qeyri-sabit bir şəxsin təsdiqlənməmiş sözləri adlandırıb.
"Əslində bu əsassız iddialar qeyd edilən hadisədən 4-5 il sonra, hər iki tərəfin mütləq qarşılıqlı razılıq və könüllü münasibətdə olduğu vaxt irəli sürülüb. Bu iş bağlanacaq", - deyə vəkil portala bildirib.