Rusiya Prezidenti Vladimir Putin bu gün Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar aparacaq.
APA "TASS"a istinadən xəbər verir ki, Si Cinpin hazırda Rusiyada rəsmi səfərdədir.
Qeyd edək ki, bu, 2025-ci il ərzində Putin və Si Cinpin arasında üçüncü təmas olacaq.
Yanvarda iki lider videobağlantı vasitəsilə görüş keçirib, fevral ayının sonunda isə telefon danışığı aparıblar.