Bakı, 8 may, AZƏRTAC
Qusarda zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 00:07-də qeydə alınan zəlzələ 3,4 maqnitudalı olub. Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Qeydə alınmış zəlzələnin ocağı Yerin 8 km dərinliyində olub.