AZ

Husilər İsrailin Ramon hava limanına dron zərbəsi endirdiklərini bildiriblər

Bakı. Trend:

Yəməndəki “Ənsar Allah” hərəkatının silahlı qolu olan husilərİsrailin cənubunda, Eylat şəhəri yaxınlığında yerləşən Ramon havalimanına hücum etdiklərini açıqlayıblar.

Trend-in məlumatına görə, bu barədə hərəkatın nəzarətində olan“Al Masirah” televiziya kanalında çıxış edən husilərin silahlıqüvvələrinin nümayəndəsi Yəhya Saria məlumat verib.

“Dron ordumuz iki hərbi əməliyyat həyata keçirib. Birinciəməliyyat zamanı Umm ər-Raşraş (Eylatın ərəb adı – red.) bölgəsindəyerləşən Ramon hava limanına iki pilotsuz uçuş aparatı ilə hücumedilib”, – deyə o bildirib.

Hücuma dair İsrail tərəfinin hələlik rəsmi açıqlamasıverilməyib.

Seçilən
0
az.trend.az

1Mənbələr