AZ

Təkamülünün üst pilləsi ...

Çempionlar Liqasındakı son oyunlar göstərir ki, dünya (Avropa) futbolu çox fərqli bir səviyyədədir. Ən xırda detal həyati əhəmiyyət daşıyır.

Yarım yox, yarımın yarımı şansdan belə yararlanmaq lazımdır. Çox diqqətli olmalısan. Fiziki cəhətdən çox hazırlıqlı olmalısan, atlet gücün olmalıdı. Nəfəsin kəsilənə qədər döyüşməlisən.

Səhvə yol verə bilməzsən. Çünki mütləq cəzalanacaqsan. Heç nəyi bağışlamırlar. İynə dəliyindən top keçirirlər.

İdeal qapıçın olmalıdır. Hazırkı intensivliyə müdafiə dözmədiyi üçün qapıçı həm son müdafiəçiyə, həm də son ümid yerinə çevrilir.

Matç həll edən oyunçuların olmalıdır. Autdan, cərimə zərbəsindən, rikoşetdən, nə bilim, təsadüfdən belə qol vura bilməyi bacarmalısan.

Məşqçin meqa universal olmalıdır. A planı ideal olmalı, amma dəftərçəsində B, C, D və digər hərfli planları da hazır gözləməlidir.

Çox uzatmaq olar. Faktorların birində axsadınsa, ovçudan ova çevriləcəksən.

İnanılmaz bir rəqabət var. Təbii seçmənin, bəlkə də şişirdilmiş və ya obrazlı səslənəcək – futbol təkamülünün üst pilləsində olmalısan. Yoxsa uduzacaqsan.

Seçilən
0
vaxt.az

1Mənbələr