Müşayiət dəstəsinin üzvləri xidməti qaydalara riayət etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.
Onlar yalnız vəzifələrini yerinə yetirdikdən sonra intizam qaydasında cəzalandırıla bilərlər. Xidmət intizamını pozan müşayiətçilər dərhal vəzifədən kənarlaşdırılır. Bu barədə polis rəisinə yazılı məruzə edilir. Müşayiətçidən silahı alınır və əvəzinə başqa şəxs təyin edilir. Tutulmuş şəxslərin qəbulu zamanı müşayiətçilər rəsmi prosedurlara əməl etməlidir. Onlar sənədlərin düzgün tərtib olunmasını yoxlamalıdırlar. Müşayiət olunan şəxslərin vəziyyəti və təhlükəsizlik tədbirləri nəzərdən keçirilir.