“Çelsi”də 2024/25 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
İngiltərə klubunun mətbuat xidmətinin məlumatına görə, bu nominasiyada Moyzes Kaysedo qalib gəlib. 23 yaşlı ekvadorlu yarımmüdafiəçi komanda yoldaşları arasında keçirilən səsvermədə 1-ci yeri tutub.
O, bu mövsüm bütün turnirlərdə 41 oyunda meydana çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib. Yeri gəlmişkən, “Çelsi” rəhbərliyi Kaysedoya yeni müqavilə təklif etməyə hazırlaşır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta