AZ

82 mindən çox ukraynalı qaçqın daimi olaraq Çexiyada qalmaq istəyir..?

...Hazırda Çexiyada yaşayan və Avropa İttifaqının müdafiəsi statusuna malik 82.000-dən çox ukraynalı qaçqının 20 faizibu ölkədə daimi qalmaq istəyir.

SİA-nın məlumatına görə, bu barədə Çexiya Daxili İşlər Nazirliyinin nümayəndəsi Hana Mala bildirib.

...Müvəqqəti qoruma statusu olan şəxslər may ayı ərzində fövqəladə uzunmüddətli yaşayış icazəsi üçün müraciət edə bilər. Artıq 82 mindən çox insan bunu edib.

Bunu agentliyin nümayəndəsi bildirib.

Nazirlik aprelin sonunda Çexiyada yaşayan 371 077 Ukrayna vətəndaşının müvəqqəti qoruma statusuna malik olduğunu və hər il mart ayında bir il müddətinə uzadıldığını bildirib.

Agentliyin mətbuat katibi “Pravo” müstəqil nəşrinə bildirib ki, uzunmüddətli yaşamaq icazəsi almış istənilən qaçqın müvəqqəti müdafiə statusunun müddəti bitdikdən sonra daha beş il Çexiyada qala bilər.

Bu müddət ərzində qaçqın daimi yaşamağa icazə almaq üçün Çexiya orqanlarına müraciət edə bilər.

Əli Babayev

Seçilən
0
sia.az

1Mənbələr