AZ

Oğuzda avtomobil aşıb, xəsarət alanlar var - VİDEO

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, qəza rayonun Zərrab kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, Oğuz rayon sakininin idarə etdiyi "VAZ-21012" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Hazırda onlara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır. /APA

Milli.Az

Seçilən
0
9
milli.az

10Mənbələr