AZ

Sabah Rada ABŞ ilə iqtisadi tərəfdaşlıq sazişini ratifikasiya edəcək

BAKI, 7 may. TELEQRAF

Sabah Ukrayna Ali Rada ABŞ ilə iqtisadi tərəfdaşlıq haqqında sazişi ratifikasiya etməlidir.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam çıxışında deyib.

O bildirib: "Saziş Ukraynanın milli maraqlarına cavab verən tərzdə yazılıb. Təhlükəsizlik və iqtisadiyyat həmişə yanaşı gedir. Bizə onilliklər ərzində proqnozlaşdırıla bilən və nəzərəçarpacaq iqtisadi artım lazımdır. Bütün deputatların bu sazişin əhəmiyyətini anlaması və onun açdığı perspektivləri dəstəkləməsi vacibdir".

Seçilən
0
1
teleqraf.com

2Mənbələr