AZ

Azərbaycan güləşçilərindən Türkiyədə daha 2 medal

Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U-20) arasında “Çempionlar” turniri davam edir.

Fanat.Az xəbər verir ki, ikinci yarış günündə 60, 72, və 87 kq-da yer alan yunan-Roma güləşçilərimiz döşək üzərinə çıxıblar.

İlk gündə qazanılan nəticə təkrarlanıb. Bu dəfə 60 kq-da güləşən təmsilçilərimiz fəxri kürsüyə qalxıb. Ayxan Cavadov gümüş və Vədat Qasımlı bürünc medal alıb.

Sabah 63, 82 və 130 kq-da yer alan güləşçilərimiz xalçaya çıxacaq.

Seçilən
0
16
fanat.az

10Mənbələr