AZ

Qəzza zolağında ABŞ rəsmisinin idarəçiliyi altında müvəqqəti hökumət yaradılacaq

BAKI, 7 May. TELEQRAF

ABŞ və İsrail Qəzza zolağında Vaşinqtonun rəhbərlik edəcəyi administrasiyanın yaradılması imkanını müzakirə ediblər.

Teleqraf xəbər verir ki, məlumatı "Röyters" yayıb.

Mənbələrin agentliyə bildirdiyinə görə, məsləhətləşmələr Qəzza zolağının demilitarizasiyasına, regionda sabitliyin yaranmasına aid olub.

Müzakirələrdə Fələstin Administrasiyası yaradılana qədərki keçid hökumətindən də bəhs olunub. Belə ki, müvəqqəti hökumətə ABŞ rəsmisinin rəhbərlik edəcəyi gözlənilir.

İlkin müzakirələrə görə, belə müvəqqəti rejim vəziyyətin tələb etdiyi müddətcə davam edəcək.

"Röyters" mənbələrə istinadən əlavə edib ki, Qəzzadakı ABŞ administrasiyasına başqa ölkələrin də qoşulması istisna deyil.

Seçilən
0
teleqraf.com

1Mənbələr