AZ

Bakı Türkiyə və İsrail danışıqlarına ev sahibliyi edəcək – Tarix açıqlandı

İsrail KİV-nin məlumatına görə, Bakı Türkiyə və İsrail arasında birbaşa danışıqlara ev sahibliyi edəcək.

KONKRET.az xəbər verir ki, sabah Bakı vacib diplomatik görüşə ev sahibliyi edəcək. İsrailin aparıcı media qurumlarının yaydığı məlumata görə, Türkiyə və İsrail rəsmiləri arasında birbaşa danışıqlar keçiriləcək.

Mənbələrin bildirdiyinə görə, görüşün əsas müzakirə mövzusu iki ölkənin Suriyada qarşı-qarşıya gəldiyi vəziyyətlər və regiondakı gərginlik olacaq. Xüsusilə, son aylarda Suriyada artan hərbi fəallıq, tərəflərin maraqlarının toqquşması və mövcud situasiyada qarşılıqlı anlaşmanın zəruriliyi görüşün gündəmində yer alacaq.

Qeyd olunur ki, Bakı bu cür görüş üçün neytral və strateji bir platforma kimi seçilib. Tərəflər regionda toqquşmaların minimuma endirilməsi, diplomatik kanalların gücləndirilməsi və gələcək əməkdaşlıq perspektivlərini də müzakirə edəcəklər.

Natiq Səlim,
KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr