AZ

İlkin səsvermədə Roma Papası seçilmədi

BAKI, 7 may. TELEQRAF

Konklav səsvermənin ilk günündə yeni Roma Papası seçilməyib.

Teleqraf xəbər verir ki, Apostol sarayının Sikstin kapellasının damındakı bacadan qara tüstü qalxıb. Kardinallar yeni pontifik seçmək qərarına gəlsəydilər, bacadan ağ tüstü çıxacaqdı.

Məlumata görə, səsvermənin birinci turunun nəticələrinin elan edilməsi planlaşdırılandan iki saat çox çəkib.

Qeyd edək ki, yeni Papanın seçilməsi üçün namizəd ən azı səslərin üçdə ikisini almalıdır.

Seçilən
0
teleqraf.com

1Mənbələr