AZ

Almaniya millisinin məşqçisinə 3 klub elçi düşdü

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmannın köməkçisi Sandro Vaqnerlə Bundesliqanın üç klubu maraqlıdır.

Fanat.Az xəbər verir ki, onu baş məşqçi postunda görmək istəyən klublardan ikisinin adı açıqlanıb. 

Bu barədə tanınmış insayder Florian Plettenberq məlumat yayıb. Mənbənin məlumatına görə, "Hoffenhaym" Vaqneri Kristian İlzerin yerinə əsas namizəd kimi görür. Bundan başqa, 37 yaşlı mütəxəssisi "Volfsburq" da komandanın sükanı arxasına gətirmək istəyir. 

Vaqner 2023-cü ildən Nagelsmannın köməkçisidir. Bundan əvvəl o, Almaniyanın U-20 yığmasının baş məşqçisinin köməkçisi olub. Onun müstəqil məşqçi kimi yeganə təcrübəsi 2021-2023-cü illərdə rəhbərlik etdiyi "Unterhahinq"dir.

Mirağa

Seçilən
0
fanat.az

1Mənbələr