Roma Papası seçkilərində reallaşan ilk səsvermə nəticəsiz bitib.AFN.az xarici mediaya istinadən xəbər verir ki, kardinalların konklavda ilk səsverməsindən sonra Vatikanın Müqəddəs Pyotr meydanında yerləşən Sikstin kapellasının bacasından qara tüstü çıxıb.Beləliklə, yeni Roma Papasının üç saatdan artıqdır davam edən qapalı gizli seçkiləri hələ də nəticə verməyib.Qeyd edək ki, 80 yaşadək 133 kardinal konklavın – Roma Katolik Kilsəsinin yeni başçısının seçiləcəyi qapalı kardinal məclisi bu gün başlayıb.Qaydalara görə, qara tüstü seçkilər zamanı yeni Roma Papasının seçilmədiyinin elanı sayılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta