“Titanik” Şimali Atlantik Okeanının dərinliklərinə batan zaman dəyərli qızıl, zinət əşyaları, nağd pul və qiymətli daşlar da əbədi olaraq itdi. Bununla yanaşı, böyük dəyəri olan digər əvəzedilməz əşyalar da batıb.
Sfera.az bildirir ki, “Titanik”dən yoxa çıxan ən qiymətli yük, ehtimal ki, Nyu-York papaq ustalarının emalatxanaları üçün nəzərdə tutulmuş qırx qutudan çox ekzotik quş lələkləri olub. Bu qutular iki milyon dollardan çox sığortalanıb.
Digər itkilər arasında Merri-Jozef Blondelin "La Circassienne au Bain" tablosu da var. Böyük neoklassik yağlı boya tablosu əhəmiyyətli bir məbləğlə qiymətləndirilir. Onun sahibi, “Titanik”dən sağ çıxan Maurits Hakan Björnström-Steffansson Nyu Yorka çatdıqdan sonra yüz min dollar (bu gün təxminən iki milyon dollar) təzminat tələbi ilə müraciət edib.
Həmçinin şair Ömər Xəyyamın qiymətli “Rübai” nəşri, beş “Steinway” piano, 1912-ci il “Renault” avtomobili, Frensis Bekonun ilk nəşrləri, çini və tiryək də itib.
Xatırladaq ki, Britaniyanın Uiltşir şəhərində keçirilən hərracda “Titanik” fəlakətindən sağ çıxan sərnişinin yazdığı məktub 300 min funt sterlinqə rekord qiymətə satılmışdı.
Aynil