I kurs tələbəsi faciəvi şəkildə vəfat edib.
NOCOMMENT.az metbuat.az-a istinadən xəbər verir ki, hadisə Ağdaş şəhərində baş verib.
Belə ki, Murad Əsədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Yusif Məmmədovu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, Yusif Məmmədov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin I kurs tələbəsi imiş.
Mərhumun fotosunu təqdim edirik: