Yeni mövsüm öncəsi “Real Madrid” bir sıra futbolçuları klubdan göndərəcək. Metbuat.az xəbər verir ki, artıq futbolçulardan bəzilərinin adı məlumdur. Məlumata görə, “Real” zədə səbəbindən uğurlu oyun nümayiş etdirə bilməyən David Alaba ilə mövsümün sonunda yollarını ayırmağı planlaşdırır. Bildirilir ki, avstriyalı müdafiəçinin daha bir illik müqaviləsi var. İspaniya mətbuatı Alabanın transfer haqqı olmadan komandadan ayrıla biləcəyini yazıb. Məlumata görə, məşqçi Karlo Ançelotti də mövsümün sonunda klubdan göndəriləcək. Jesus Valyexon, Luka Modriç, Lukas Vaskes və David Alaba “Real Madrid”lə vidalaşacaq ən güclü namizədlərdir. Həmçinin Andriy Lunin, Ferland Mendi və Fran Qarsianın klubdan göndərilə biləcəyi irəli sürülür.