ABŞ prezidenti Donald Tramp Hindistan və Pakistan arasında münasibətlərdə gərginliyin azaldılmasına çağırış edib.
Qaziler.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Oval ofisdə Tramp mövcud zorakılığı azaltmağa kömək etməyə hazır olduğunu söyləyib.
"Mənim mövqeyim odur ki, mən hər iki tərəflə razıyam. Mən onların hər ikisini çox yaxşı tanıyıram və bu məsələdə necə davranacaqlarını görmək istəyirəm. Onların necə dayandığını görmək istəyirəm və ümid edirəm ki, indi dayana bilərlər", - deyən Tramp vəziyyətin "çox dəhşətli" olduğunu bildirib.
QAZİLER.AZ