"Dünyanın hərbi-siyasi gərginliyi içində Pakistan-Hindistan qarşıdurması təəssüf doğurur".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Hindistanın Pakistana qarşı təcavüzünə münasibət bildirərkən səsləndirib. Millət vəkili qeyd edib ki, Azərbaycan xalqı olaraq Pakistan xalqı ilə həmrəyik, mülki insanların Hindistan tərəfinin hərbi hücumuna məruz qalmasını qətiyyətlə pisləyirik:
"Günahsız qurbanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını və münaqişənin dayanmasını arzu edirik",-deyə deputat vurğulayıb.
Tənzilə Rüstəmxanlı bildirib ki, bütün hallarda hər zaman bizimlə birgə olan dost Pakistan dövlətinin yanındayıq.
Süleyman