İtaliya A Seriyasında mövsümün ən yaxşı baş məşqçisi müəyyənləşib.
Msport.az xəbər verir ki, bu, azarkeşlər arasında aparılan səsvermə nəticəsində bəlli olub.
Bu ada “Roma”nın çalışdırıcısı Klaudio Ranyeri layiq görülüb. O, respondentlərin 58 faiz səsini toplayıb. Ranyeri “Napoli”dəki həmkarı Antonio Konteni qabaqlayıb. Təcrübəli mütəxəssisə iyulun əvvəlində “Panini” mükafatı təqdim ediləcək.
Qeyd edək ki, Klaudio Ranyeri mövsümün gedişində “Roma”nın sükanı arxasına keçib. Paytaxt təmsilçisi onun rəhbərliyi altında A Seriyasında keçirdiyi 19 oyunda 14 qələbə qazanıb, 5 dəfə heç-heçə edib.