AZ

Zelenski: İstənilən cinayətkar məğlub ola bilər, Rusiya heç də böyük ağıla sahib deyil

Ukrayna həmişə dünyanın digər ölkələri arasında azad və bərabərhüquqlu dövlət olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ekvadordakı ali təhsil müəssisələrinin tələbələri və müəllimləri ilə görüşdə deyib.

Prezident Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsi, Şimali Koreya qoşunlarının müharibədə iştirakı, tərəfdaşların gələcək dəstəyinin vacibliyi, Latın Amerikası ölkələrinin müharibənin ədalətlə sona çatmasında rolu barədə danışıb.

O bildirib: "Bizim mübarizəmiz göstərdi ki, cəsarətlə və sədaqətlə özünü və ədalətli istəklərini müdafiə edən hər bir xalq hətta sırf coğrafi və ya hərbi ehtiyatlar baxımından daha böyük qüvvəyə qarşı möhkəm dayana bilər: Rusiya heç də daha böyük ürəyə və ya ağıla sahib deyil".

V.Zelenski əlavə edib: "İstəyirik ki, bu, bizim müdafiə istinadgahımız olsun, bütün nailiyyətlərimiz, xalqımızın qəhrəmanlığı - bütün bunlar başqa xalqlara da stimul versin, uğurlarımız azadlıq uğrunda mübarizə aparanların ümidlərini alovlandırsın. Əgər belə cinayətkar Ukraynanı məğlub edə bilməyibsə, deməli, istənilən cinayətkar uduza bilər. Burada və indi Avropada gedən müharibənin qlobal əhəmiyyəti budur".

Seçilən
0
1
teleqraf.com

2Mənbələr