"Barselona"nın müdafiəçisi Erik Qarsiya UEFA Çempionlar Liqasından kənarlaşdırılması ilə bağlı hisslərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, futbolçu bu barədə jurnalistlərə açıqlama verib:
"Biz əlimizdən gələni etdik, lakin bu gün [qalib gəlmək] qeyri-mümkün oldu. Mən komanda və onun azarkeşləri ilə fəxr edirəm! Gələn il geri qayıdacağıq!"
“Barselona” və “İnter” arasında baş tutan iki oyunlu qarşılaşma “neradzurri”nin 7:6 hesablı qələbəsi ilə başa çatıb. Evdəki 3:3 hesablı nəticə səfərdə 3:4 hesablı qələbə ilə başa çatıb.