AZ

“Mən etmişəmsə, o demək deyil ki, gəlinim də etməlidir” - VİDEO

Müğənni Xatirə İslam gələcək gəlinindən danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə Xatirə “Gün ortası” verilişində açıqlama verib.

O, oğlunun öz arzuladığı kimi qızla evlənməsini istədiyini deyib:

“Özüm də yeyib-içməyi xoşlayıram. İstəyərdim ki, gəlinim arzuladığım qız olsun. Evdə mənə gözəl yeməklər hazırlasın, tez-tez çay süzsün. Mən də onun başına dolanaram.

Bilirsiniz ki, qızım olmayıb, o, mənə qız olsun. Ona da baxacam, oğluma da. Qızımı necə görmək istəyirəmsə, o da elə olsun. Ola bilər ki, sözüm birmənalı qarşılanmaz. Bir də görürsən biri yazır ki, “sən özün bayırdasan, özün belə geyinirsən, gəlinin niyə geyinməsin?”
 

Mən geyinmişəmsə, gərək o da geyinsin? Axşam evə 12-də gəlirəm, gərək o da elə gəlsin. Evdə bir adam 12-də gələr də, gərək hamı 12-də gəlsin?


Nəyisə etmişəmsə, bu, o demək deyil ki, gəlin də etməlidir. Bunları edib, şərait yaratmışam, otur ye”.


Bizim.Media

Seçilən
0
4
bizim.media

5Mənbələr