21 yaşadək futbolçuların öz klublarında qazandıqları oyun vaxtının faizi bəlli olub. 

Offsideplus.az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CIES) yaydığı məlumata görə, Azərbaycanda bu göstəricidə "Şamaxı" klubu birincidir.

CIES-in araşdırmasına əsasən, 65 dünya liqası arasında yer alan MPL-də çıxış edən Şamaxı təmsilçisi 22,5 faizlə gənclərə ən çox şans verən Azərbaycan klubudur.