AZ

"Kim bu sualı versə, ona ağır sözlər deyəcəyəm" - GƏRGİN ANLAR

Aparıcı Zaur Nəbioğludan meyxanaçı Aqşin Fateh arasında gərgin anlar yaşanıb.

Ölkə.Az xəbər verir ki, buna səbəb söz ustasının Tolikin efirində səsləndirdiyi sərt sözlər olub.

Aqşinin "Zaur Kamal və Zaur Nəbioğlunun efirinə birdə övladlarını çıxarmayacağam. Onlar sərhəddi aşıb, ailənin içinə müdaxilə edirlər. Uşağa uşaq sualı verərlər. Bu, kişiyə yaraşan suallar deyil! Xətirlərini çox istəyirəm, amma kimsə şəxsi sual verərsə, ona ağır sözlər deyəcəyəm. Sənətimdən, mahnılarımdan danışın" fikirləri Zaur Nəbioğlunun boğazından keçməyib.

Canlı yayıma söz xiridarını dəvət edən aparıcı ilə qonağın arasında gərgin anlar yaşanıb.

Zaur "Bunu Tolikin verilişində deməməli idin. Dost dediyin insan barədə dost demədiyinin yanında belə danışmamalı idin" deyərək, ona etirazını bildirib.

Aqşin Fateh digər verilişində dediyi sözləri Zaurun efirində danaraq, dediklərinin o Zaurlara şamil olunmadığını bildirib.

Meyxanaçının fikir dəyişikliyi sosial media izləyiciləri tərəfindən də birmənalı qarşılanmayıb və tənqidli şərhlər gəlib.(Milli.Az)

Seçilən
0
paralel.az

1Mənbələr