AZ

ABL: Final seriyasında növbəti oyunların təqvimi müəyyənləşdi

Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunlarının təqvimi açıqlanıb.

Fanat.Az xəbər verir ki, "Sabah" və "Neftçi" komandaları arasında keçiriləcək dördüncü matç mayın 8-də, saat 19:00-da başlayacaq.

Mayın 11-nə təsadüf edəcək beşinci qarşılaşma isə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, indiyə qədər tərəflər arasında 3 görüş baş tutub. Bu oyunlardan ikisində "Sabah", birində isə "Neftçi" qələbə qazanıb. Final seriyasında 4 qələbəyə çatan tərəf Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

Seçilən
0
fanat.az

1Mənbələr