Azərbaycanın Seuldakı səfiri Ramin Həsənov Hankuk Xarici Dillər Universitetinin rektoru Park Çon-Vun ilə Cənubi Koreya ilə Azərbaycan universitetləri arasında akademik-elmi əməkdaşlıq perspektivlərini müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Uzaq Şərq ölkəsindəki diplomatik missiyasının
“Səfir Ramin Həsənov Hankuk Xarici Dillər Universitetinin (HXDU) rektoru prof. dr. Park Çon-Vun ilə görüşərək Azərbaycan universitetləri ilə akademik-elmi əməkdaşlıq perspektivlərini, həmçinin həmin Koreya universitetinin Türk – Azərbaycan Araşdırmaları Departamentinin təhsil fəaliyyətlərini müzakirə edib”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, Ramin Həsənov 2022-ci ilin avqustunda Koreya Respublikasına səfir təyin edilib.