AZ

“Bu müqavilədən Ermənistanın birtərəfli qaydada imtinası heç nəyi dəyişdirə bilməz” — AÇIQLAMA

"Bu cür qeyri-real bəyanatları cari diplomatiyadan uzaqlaşmış, məsuliyyət hissini itirmiş, hazırki dünya reallıqlarını nəzərə almayan sabiq diplomat kimi bir adam deyə bilər. Bu adamlar dediyi sözlərin məsuliyyətini nəzər almayan, millətçi kəsimin rəğbətini qazanmaq istəyən, populist düşüncəli adamlardır. Necə ki, bunu Ermənistanın Polşadakı keçmiş səfiri dilə gətirir".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.

Politoloq bildirib ki, keçmiş müqavilələrdən imtina edilməsinin diplomatiya tarixində nəticələri ilə bağlı analoq yoxdur:

"Gümrü və digər müqavilələr çoxtərəfli sazişlərdir. Belə sazişlərdən bir ölkənin imtina etməsi heç bir nəticə verməz, reallığı dəyişməz. Qars müqaviləsi Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə və Rusiya arasında imzalanıb. Belə çoxtərəfli imzalara malik olan müqavilədən Ermənistanın birtərəfli qaydada imtinası heç nəyi dəyişdirə bilməz. Hətta, bütün tərəflər belə imtina etsə, hazırda Cənubi Qafqazdakı reallıqlar dəyişməyəcək. Bu reallıqlar güclə yox, diplomatik yollarla dəyişəcəksə, yenə də əsas söz sahiblərindən biri Azərbaycandır. Ermənistanın keçmiş səfirinin Gümrü müqaviləsi ilə bağlı fikirləri heç bir perspektivi olmayan, publikaya hesablanmış fikirlərdir".


Əfsanə Kamal
Demokrat.az
Seçilən
0
demokrat.az

1Mənbələr