Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir sıra Aİ ölkələrinin Qələbənin 80-ci ildönümü münasibətilə Avropa liderlərinin təyyarələrinin Moskvaya uçmasına mane olmaq cəhdlərini biabırçılıq adlandırıb.
Turkustan.az xəbər verir ki, o, VGTRK jurnalisti Pavel Zarubinə şərhində deyib: "Bilirsiniz, mən hələ də televiziya, senzura qaydalarına əməl edirəm, ona görə də bu barədə nə düşündüyümü deməyəcəyəm. Amma təbii ki, bu, biabırçılıqdır".
Video Zarubinin Telegram kanalında yerləşdirilib.
Aytən Yaşar/ Turkustan.az