A Seriyasında çıxış edən "Fiorentina" baş məşqçisi Raffaele Palladino ilə yeni müqavilə imzalayıb.
İdman.biz xəbər verir ki, bu barədə Florensiya klubunun mətbuat xidməti açıqlama yayıb.
Palladino ilə yeni müqavilə 2027-ci il iyunun sonuna kimi nəzərdə tutulub. Tərəflər arasındakı razılaşma bir il müddətinə artırlılb. 41 yaşlı mütəxəssis bu mövsümün əvvəlində komandanın baş məşqçisi təyin olunub.
Qeyd edək ki, "Fiorentina" Palladinonun rəhbərliyi ilə A Seriyasında 35 turdan sonra 59 xal toplayıb. Komanda Konfrans Liqasında yarımfinala vəsiqə qazanıb.
İdman.biz