Hindistan və Pakistan arasında gərginliyin artması nüvə müharibəsinə səbəb ola bilər.Metbuat.az xəbər verir ki, Pakistanın müdafiə naziri Xavaca Mohammad Asif belə açıqlama verib. O, Hindistanla artan gərginliklə bağlı açıqlamalar verib. Nazir bildirib ki, iki ölkə arasında münaqişə nüvə müharibəsinə gətirib çıxara bilər. Asif, "Əgər onlar (Hindistan) bölgədə irimiqyaslı müharibə aparsalar və belə təhlükələr ortaya çıxsa, hər an nüvə müharibəsi başlaya bilər" - deyə bildirib. Qeyd edək ki, Hindistan Pahalqam rayonunda 26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra Pakistan ərazisinə və Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsinə raket zərbələri endirib. Hindistan tərəfi Pahalqam rayonundakı hücumun Pakistan tərəfindən təşkil edildiyini irəli sürür. Pakistan iddiaları rədd edib.