Qazaxıstan öz coğrafiyasını nəzərə alaraq, Avrasiya İqtisadi İttifaqının logistika mərkəzinə çevrilmək niyyətindədir.
Newscenter.az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi məlumat yayıb.
"Ölkəmizin coğrafi mövqeyini və kontinental təcridini nəzərə alaraq, biz Qazaxıstanı Aİİ-nin logistika mərkəzi kimi görürük. Bu məqsədlə "Şərq-Qərb" və "Şimal-Cənub" istiqamətlərində nəqliyyat infrastrukturunun, eləcə də Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı istiqamətində fəal iş aparılır", -deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, Qazaxıstanın tərəfdaşlarla qarşılıqlı ticarəti Aİİ-nin yaradılmasından sonra 87,1% artıb. Üçüncü ölkələrlə artım isə 84,4% təşkil edib.
Ötən ilin yekunlarına görə, Aİİ ölkələrindən Qazaxıstana birbaşa xarici investisiyaların ümumi axını 2015-ci ildəki investisiyaların həcmini altı dəfə üstələyərək 4 milyard dollar olub.
Mehman Mehdiyev