AZ

Konklav işə başladı - Yeni Papa seçilir

Yeni Roma Papasını seçəcək konklav işə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti məlumat yayıb.

133 kardinal Sikstin kapellasına toplaşıb.

Baş mərasim ustası Dieqo Ravelli "Extra omnes" (Hamı çölə!) dedikdən sonra bütün kənar şəxslər otağı tərk edib və konklavın ilk iclası başlayıb. İclasda Papa taxtına namizədlər üçün səsvermənin ilk turu keçiriləcək.

Xatırladaq ki, 88 yaşlı Papa Fransisk Pasxa bayramından bir gün sonra - aprelin 21-də səhər saatlarında vəfat edib.

Ləman

Seçilən
0
publika.az

1Mənbələr