AZ

Dünyada robot dövrü gəlir – bu il 5 min, 2050-də 1 milyard «nəfər»

Çoxsaylı yeni biznes layihələri ilə tanınan «Tesla» şirkətinin sahibi İlon Mask öünün yeni bines istiqamətini açıqlayıb.

FED.az xəbər verir ki, iş adamı zavodlarda adi adamlar əvəzinə robotları işlətməyi hədəfləyir.

Söhbət İlon Maskın «Optimus» adlanan insana bənzər robotlarından gedir. Bu il iş adamı cəmi 5 min ədəd belə robot istehsal edəcəyini açıqlayıb. Amma qarşıdakı 25 ildə, yəni 2050-ci ilə qədər bu robotların sayı 1 milyard «nəfər»i keçəcək.

FED.az xəbər verir ki, bu barədə «Morgan Stanley»nin araşdırmasında deyilir.

«Morgan Stanley» analitikləri 2050-ci ilə qədər insanabənzər robotlardan qlobal gəlirin 5 trilyon dollara çatacağını təxmin edirlər. Bu rəqəmin necə böyük olduğunu göstərmək üçün bircə onu qeyd etmək kifayətdir ki, bu 2024-cü ildə dünyanın ən böyük 20 avtomobil istehsalçısının ümumi gəlirindən təxminən iki dəfə çoxdur.

«Morgan Stanley» analitiklərinin hesablamalarına görə, 2050-ci ilə qədər insanabənzər dünyada təxminən 1 milyard insana bənzər robot istifadə oluna bilər.

İnsanabənzər robotlara keçidin tədricən olacağı proqnozlaşdırılır. Analitiklər hesbalayıb ki, artıq 10 ildən sonra, yəni 2035-ci ilə qədər istifadədə təxminən 13 milyon insanabənzər robot olacaq ki, onların da əksəriyyəti sənaye və kommersiya məqsədləri üçün, yəni məsələn, zavod fabriklərdə  istifadə olunacaq.

2050-ci ildə isə 1 milyard insanabənzər robotun təxminən 90%-i hələ də sənaye və kommersiya mühitində istifadə olunacaq.

«Morgan Stanley» analitikləri qeyd ediblər ki, insanabənzər robotların yaranması böyük ehtimalla iş dünyasında hiss olunacaq. Analitiklərin fikrincə, 2030-cu ilə qədər insanabənzər robotlar 40 minə yaxın işçini əvəz edəcəklər. Cəmi on il ərzində, 2040-cı ildə isə robotların «ələ keçirəcəyi» iş yerlərinin sayı 8,4 milyona çatacaq. Analitiklər 2050-ci ilə qədər bu rəqəmin 62,7 milyona yüksələcəyini qeyd ediblər. Morgan Stanley qeyd etdi ki, Tesla kimi insanabənzər robotların "beyinlərini, bədənlərini, markalarını və ekosistemlərini" idarə edən şirkətlər ən yüksək dəyəri təklif edə biləcəklər. 

2025-ci ilin 1-ci rübündə keçirilən All Hands toplantısı zamanı Elon Musk bildirib kİ, «Optimus» bütün zamanların ən böyük məhsulu olacaq.

Seçilən
0
fed.az

1Mənbələr