AZ

Hindistanın ABŞ-dakı səfirliyindən açıqlama: “Terror hücumlarına cavabımız…”

Hindistanın ABŞ-dakı səfirliyi Cammu və Kəşmirdə baş verən terror aktı və onun ardınca Hindistanın həyata keçirdiyi hərbi tədbirlərlə bağlı rəsmi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, 22 aprel tarixində Cammu və Kəşmir bölgəsində həyata keçirilən amansız və iyrənc terror hücumu nəticəsində 26 dinc sakin həyatını itirib. Hindistan tərəfi hücumla bağlı etibarlı sübutlara malik olduğunu, bunlara texniki məlumatlar, sağ qalanların ifadələri və digər dəlillərin daxil olduğunu bildirir. Bu sübutlar Pakistan mənşəli terrorçuların hücumda birbaşa iştirakını təsdiqləyir.

Hindistan tərəfinin açıqlamasına görə, Pakistanın terrorçulara və onların infrastrukturuna qarşı tədbir görəcəyi gözlənilsə də, son iki həftə ərzində rəsmi İslamabad əksinə olaraq, hər şeyi inkar edib və Hindistana qarşı əsassız ittihamlar irəli sürüb.

Səfirlik qeyd edir ki, Hindistanın cavab tədbirləri dəqiq, məqsədyönlü və məsuliyyətli olub:

“Bizim addımlarımız eskalasiya məqsədi daşımırdı. Heç bir Pakistan vətəndaşı, iqtisadi və ya hərbi obyekt hədəf alınmayıb. Hücumlar yalnız məlum terror düşərgələrinə qarşı həyata keçirilib.”

Həmçinin bildirilib ki, hava zərbələrindən dərhal sonra Hindistanın milli təhlükəsizlik müşaviri Şri Ajit Doval ABŞ-ın Milli Təhlükəsizlik müşaviri və dövlət katibi Marko Rubio ilə əlaqə saxlayaraq həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verib.

Natiq Səlim,
KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr