
Dünyada 260 milyondan çox insan astma ilə yaşayır. Xəstəliklə bağlı yanlış inanclar müalicəyə əngəl yaradır və həyat keyfiyyətini aşağı salır.

E-saglam.az xəbər verir ki, Prof. Dr. Cengiz Özdemir və Prof. Dr. Sinem İliaz, astma xəstələrinin ən çox yol verdiyi səhvləri açıqlayıb:
1. "Astma uşaqlıqda başlayır və sonra keçir" düşüncəsi. Astma hər yaşda başlaya bilər və ömür boyu davam edə bilər.
2. "Astma yoluxucudur" fikri. Astma yoluxucu deyil. Sadəcə bəzi infeksiyalar simptomları tətikləyə bilər.
3. İnhalator dərmanların asılılıq yaratdığına inanmaq. Bu dərmanlar bağımlılıq yaratmır, əksinə müalicənin əsas hissəsidir.
4. "Astmalı insan idman edə bilməz" fikri. Yaxşı idarə olunan astma xəstələri təhlükəsiz şəkildə fiziki aktivlik göstərə bilər.
5. Heyvan tükünün bütün xəstələr üçün zərərli olduğunu düşünmək. Alergiyası olmayan xəstələr ev heyvanı ilə yaşaya bilər.
Əlavə olaraq, mütəxəssislər qeyd edir ki, astmanın düzgün idarə olunması üçün:
Dərmanlar yalnız həkim göstərişi ilə dəyişdirilməlidir.
Aşılar (qrip, pnevmoniya) vaxtında olunmalıdır.
Stress, siqaret tüstüsü, toz, nəmişlik və hava dəyişikliklərindən qorunmaq vacibdir.
Məlumatların yalnız tibbi mənbələrdən alınması tövsiyə olunur.
Tərcümə: Könül Oruc