AZ

Ukrayna atəşkəs və demilitarizasiya zonası istəyir – Kit Kellog açıqladı

Ukrayna

ABŞ-ın keçmiş prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kellog Ukraynanın münaqişənin "donması" və cəbhə xətti üzrə atəşkəs istəyini açıqlayıb. O, bu barədə Fox News kanalına verdiyi müsahibədə məlumat verib.“Ukraynalılar münaqişənin donmasını, mövcud cəbhə xətti üzrə atəşkəs istəyirlər və sonra demilitarizasiya zonası qurulmasını istəyirlər” — deyə Kellog bildirib.Kellogun sözlərinə görə, belə bir vəziyyətdə Ukrayna Silahlı Qüvvələri 15 km geri çəkilə bilər və gözlənilir ki, Rusiya ordusu da eyni şəkildə hərəkət etsin. Bu halda, 30 km-lik bir demilitarizasiya zonası yaranacaq ki, onu da izləmək mümkün olacaq.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Demi Murun Həyatla Mübarizə Hekayəsi

Qəlbin Səsinə Çevrilən Alət – Balaban - VİDEO

Qazaxda Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş ekskursiya keçirildi

Seçilən
0
ulusum.az

1Mənbələr