Bakı. Trend:
“Walt Disney Co.” Yaxın Şərqdə ilk əyləncə parkını BirləşmişƏrəb Əmirliyinin Əbu-Dabi şəhərində açacaq. Bu, ümumilikdə“Disney”in 13-cü əyləncə parkına çevriləcək.
Trend xəbər verirki, bu barədə şirkətin press-relizində deyilir.
Nəhəng əyləncə parkının Əbu-Dabinin Yas adlı süni adasındasalınacağı bildirilir. Parkın mülkiyyətçisi və operatoru artıqadada “Ferrari World”, “Warner Bros. World”, “SeaWorld” əyləncəparklarına sahib olan yerli “Miral Group” olacaq.
İllik 120 milyondan artıq sərnişin qəbul edən dünyanın ən iriaviasiya habında dünyaca məşhur “Disney” parkının yaradılmasışirkətin gəlirlərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.Sonuncu “Disneyland” parkı 2016-cı ildə Şanxayda (Çin)açılmışdı.