AZ

İlham Əliyev Moskvada keçiriləcək Qələbə Paradına qatılmayacaq

Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçiriləcək Qələbə Paradında iştirak etməyəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

O bildirib ki, mayın 9-da Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi şərəfinə Moskvada keçiriləcək paradda 20-dən çox xarici ölkə lideri iştirak edəcək. Çin lideri Si Cinpin, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva, Serbiya Prezidenti Aleksandr Vuçiç, Slovakiyanın Baş naziri Robert Fikonun, eləcə də nasist Almaniyasının məğlub edilməsində əməyi olan əksər keçmiş Sovet respublikalarının rəhbərlərinin gəlişi gözlənilir. Bundan əlavə, ABŞ, İsrail, Ermənistan və Monqolustanda veteranlar dəvət olunub.

Turan İSMAYIL

Seçilən
0
redaktor.az

1Mənbələr