Dövlət Miqrasiya Xidmətində Elm və Təhsil Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin yanında İctimai Şuranın, ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin rəhbər şəxslərinin və nümayəndələrinin iştirakı ilə əcnəbi tələbələrin miqrasiya məsələləri ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
QHT.az xəbər verir ki, bu barədə “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədr müavini Rahilə Mehtiyeva məlumat verib.
O qeyd edib ki, tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri İsmayıl Abdullayev ənənəvi olaraq hər il təşkil edilən maarifləndirmə tədbirinin əhəmiyyətini qeyd edib, görüşün təhsil sahəsində miqrasiya proseslərinin idarə olunması və bu prosesin iştirakçısı olan əcnəbi tələbələrin miqrasiya qanunvericiliyinin tələbləri barədə məlumatlandırılmasında önəmini vurğulayıb.Tədbirdə iştirak edən DMX yanında İctimai Şuranın sədr müavini Ramil İcgəndərli, müavin Rahilə Mehtiyeva çıxış edərək, Dövlət Miqrasiya Xidməti ilə birgə maarifləndirici tədbirlərdə, eləcə də ali təhsil müəssisələrində əcnəbi tələbələrlə də geniş əməkdaşlıq etmələri üçün şərait yaradıldığnı vurğuladılar. Eyni zamanda maraqlı təkliflərlə şıxış etdilər.Daha sonra Müvəqqəti olma və müvəqqəti yaşama icazələrinin verilməsi şöbəsinin rəisi Şəhriyar Mustafayev tərəfindən əcnəbi tələbələrlə bağlı sənədləşmə işinin səmərəli təşkili, məlumatların dəqiq və dolğun hazırlanması, daxil olan müraciətlər zamanı yol verilən nöqsanların aradan qaldırılması istiqamətində çıxış edilib.
Tədbir iştirakçıların maraqlandıran sualları ilə müzakirəli şəkildə davam etdirilib.