AZ

Hindistan-Pakistan müharibəsi dünya iqtisadiyyatına necə təsir göstərəcək?

"Hindistanla Pakistan yenə bir-birinə "dişini göstərir". Bir sualı aktuallaşdırır: müharibə olacaq?
Əgər bu iki ölkə açıq müharibəyə girsə, bunun dalğası təkcə Asiyada yox, bütün dünyada hiss olunacaq. Qlobal ərzaq təhlükəsizliyi ciddi zərbə alarcaq. Atmosfer çirklənməsi iqlimi dəyişər, məhsuldarlıq düşər və əsl aclıq problemlemləri artar. Həmin region valyutaları təzyiq altına düşər, investorlar dərhal qaçar. Bir sözlə, iqtisadiyyat hədsiz zədə görər"
 
 
 Bu sözləri Moderator.az-a açıqlamasında iqtisadçı -ekspert Eldəniz Əmirov bildirib. 
 
Geosiyasi baxımdan isə  Cənubi Qafqazda təsirlər hiss olunar. Silahlnma balansı təsilənər, layihələr ləngiyər, diplomatik proseslər dərinləşər. Amma hesab edirəm ki, bunlar heç biri olmayacaq. Çünki müharibə baş verməyəcək.  Çünki bu savaş nüvə dövlətləri arasında baş versə, nəticəsi "kim qalib gəldi?" yox, "kim sağ qaldı?" sualı olacaq. Heç bir qlobal gücə də bu senari sərf etmir. Ərzaq böhranı, enerj təlatümü, bazarların çöküşü, diplomatik domino effekti… Dünya bu riskə getməz. 
 
Ona görə də məncə, bu bir az da "səs-küy diplomatiyasıdır".  Bu dövrdə müharibə silahla yox, bazarlarla aparılır. Kimin silahı çoxdursa, qorxudur, kimin bazarı çoxdursa, yaşayır". 
Seçilən
0
2
moderator.az

3Mənbələr