AZ

Ceyhun Bayramov Mahmud əl-Məşhədani ilə Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə edib

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri CeyhunBayramov İraq Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkəninNümayəndələr Şurasının sədri Mahmud əl-Məşhədani ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, görüş zamanı Azərbaycan və İraqarasında ikitərəfli münasibətlər, parlamentlərarası əməkdaşlıq vəqarşılıqlı maraq doğuran regional məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə İraq arasında tarixəndostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin müxtəlif, ocümlədən siyasi, iqtisadi və humanitar sahələrdə inkişaf etdiyinivə parlamentlərarası əlaqələrin bu münasibətlərin mühümkomponentlərindən biri olduğunu qeyd edib.

Nazir qanunverici orqanlar arasında əməkdaşlığın, qarşılıqlısəfərlərin gücləndirilməsinin qarşılıqlı anlayışın təşviqibaxımından əhəmiyyətini vurğulayıb, bu əməkdaşlığın daha dagenişləndirilməsi üçün əlverişli zəminin mövcud olduğunu qeydedib.

Görüş zamanı, həmçinin regional və beynəlxalq təhlükəsizlikməsələləri, Yaxın Şərqdə mövcud vəziyyət, eləcə də postmünaqişədövründə bölgəmizdə mövcud reallıqlar, ölkəmizin bərpa vəyenidənqurma, minatəmizləmə və sülh səylərindən ətraflı bəhsolunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirəedilib.

Seçilən
0
20
az.trend.az

10Mənbələr